Tacikistanda zəlzələ oldu

Tacikistanda zəlzələ oldu
19 Apr 2025 13:05

Tacikistanın Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

News365.az yerli mediaya istinadən xəbər verir ki, Özbəkistan Seysmoloji Mərkəzi Tacikistanın Əfqanıstanla sərhədində baş verən zəlzələnin yerli vaxtla saat 11:47-də qeydə alındığını açıqlayıb.

Episentri Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonundan 69 kilometr cənubda, maqnitudası 5,5 olan zəlzələ 120 kilometr dərinlikdə baş verib.

Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada