Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Livanın müdafiə naziri Mişel Menassa təhlükəsizlik və hərbi məsələlərdə ikitərəfli əməkdaşlığı koordinasiya etmək və gücləndirmək məqsədi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüblər.
News365.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ümumi sərhədlərin demarkasiyasına dair saziş imzalayıb.
Nazirlər növbəti görüşün Səudiyyə Ərəbistanında keçirilməsi barədə razılığa gəliblər.