Suriya ordusunda hərbi hazırlıq vəziyyəti elan edilib

Suriya ordusunda hərbi hazırlıq vəziyyəti elan edilib
21:20

Suriya ordusunda hərbi hazırlıq vəziyyəti elan edilib.

News365.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata görə, hərbçilər “C” hazırlıq səviyyəsinə keçirilib, Suriya–İraq sərhədinə əlavə qüvvələr yerləşdirilib, bütün hərbi qulluqçulara isə dərhal xidmət yerlərinə qayıtmaq tapşırılıb.

Suriya rəsmiləri hərbi hazırlıq vəziyyətinin elan edilməsinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. 



Sizin reklam burada
Sizin reklam burada