Suriya kürdlərin dilini rəsmən tanıdı, İran nəyi gözləyir?- Tural İrfan yazır

Suriya kürdlərin dilini rəsmən tanıdı, İran nəyi gözləyir?- Tural İrfan yazır
09:48
Prezident Şaraa kürd dilini rəsmən dövlət dili olaraq təsdiqlədi və Novruz bayramını dövlət bayramı olaraq elan etdi.
Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.
Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.
1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Bundan əlavə, 21 martda qeyd olunan kürd bayramı Novruz rəsmi status alıb.
İran molla rejimi Əhməd Şaranı terrorçu adlandırır, lakin 50 milyonluq türkə dilində məktəb açmır. Amma Əl Şaraa ölkəsində kürd dilini rəsmi dövlət dili olaraq qəbul etdi, bəyanat verdi ki, ölkəsində heç bir millət digərindən üstün deyil, hamı bərabərdir.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada