İranda vəziyyət
gərgin olaraq qalır. Xarici müdaxilə ilə paralel ölkə rəhbərliyində baş verən dəyişiklik
vəziyyəti daha da dramatikləşdirir.
Bu azmış
kimi İran şahının varisi siyasi alət kimi ortaya atılıb.
Bəs, bu
variant nə qədər realdır?
Bununla bağlı fikirlərini News365.az-la bölüşən REAL
Partiyasının sədri Natiq Cəfərli deyir ki, İran hadisələri fonunda bir
neçə aydır ki, “Pəhləvi” əməliyyatı haqqında bir neçə dəfə fikir bildirib:
“ABŞ, Britaniya
və bəzi digər Qərb ölkələri Pəhləvi məsələsini gündəmə gətirəndə, müəyyən
siyasi-iqtisadi dəstək göstərəndə məqsədləri var idi: Kənardan izləyib Pəhləvinin
həm şansını ölçmək, həm də İran elitasından onuna əlaqə qurmağa çalışan
adamların olub-olmadığını görmək istəyirdilər. Nə İran daxilində dəstək,
elitadan ona sahib çıxıb, birgə davranmağı təklif edənlər olmadı – deməli, Pəhləvi
kartı artıq işlək deyil, Trampın açıq şəkildə bu yöndə mesaj verməsi, əslində
İran daxilindəki elitalara hesablanıb.
Əgər Ali
Dini Lider mövqeyinə doğrudan da mərhum Xameneinin oğlu gətiriləcəksə, bu da
elitalar (ən azından, bir qismi) tərəfindən, əsas da sivil siyasət tərəfindən
heç də xoş qarşılanmayacaq, əhali üçün də pis mesaj olacaq – toplum 1979-da
hakimiyyətin atadan oğula, sülalə yolu ilə keçməsinə qarşı inqilab etdi, və nəticədə
Ali Dini lider Şahdan daha böyük səlahiyyət sahibi oldu, bunun da üzərinə
hakimiyyət də sülalə sistemə keçmək istəyir. O zaman sual yaranır ki, bəs bu
inqilab niyə olmuşdu?!
ABŞ Pəhləvinin
üzərindən xətt çəkdi, mesaj verdi ki, İranda sülalə hakimiyyəti istəmir, indi
daxildə qan bağı ilə formalaşan model təklif olunsa, bu da siyasi elita tərəfindən
etirazla qarşılanacaq, istər-istəməz, daxildə hakimiyyət uğrunda mübarizə kəskinləşəcək...”
News365.az