İsrail Ordusu Livanın cənubunda komanda mərkəzində fəaliyyət göstərən terrorçu qrupunu məhv edib.
News365.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Gecə saatlarında İsrail hərbçiləri Livanın cənubunda fəaliyyət göstərən bölmələrin əməliyyat apardığı ərazidə “Hizbullah”ın bir neçə üzvünün təşkilat tərəfindən komanda mərkəzi kimi istifadə edilən binaya daxil olduğunu müəyyən ediblər.
Müşahidədən sonra İsrail Hərbi Hava Qüvvələri həmin obyektə zərbə endirərək terrorçuları məhv edib.
IDF bildirib ki, İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün əməliyyatlar davam etdiriləcək.