Vəlizar azadlığa çıxdı

Vəlizar azadlığa çıxdı
10:38

"Vəlizar" ləqəbi ilə tanınan tiktoker Salman Məmmədovun həbs müddəti başa çatıb. 

News365.az xəbər Manset.az-ın əldə etdiyi məlumata görə, o, azadlığa buraxılıb.

Qeyd edək ki, S.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilmişdi. O, müvafiq qərarla inzibati qaydada 30 sutka həbs edilmişdi.




Sizin reklam burada
Sizin reklam burada