Süni intelekt barədə nə və nə qədər bilirik?- TƏHLİL

Süni intelekt barədə nə və nə qədər bilirik?- TƏHLİL
09:55

Son günlər süni intellektlə bağlı xeyli ciddi müzakirələr başlayıb. Bilənlər danışmır, bilməyənlər isə özlərini biləndər kimi aparır.

Aİ texnologiyaları yaxşıdır, yoxsa pis?

Bu sualın heç zaman birmənalı cavabı olmayacaq. Həmişə buna qarşı müqavimət olacaq. Bu, normaldır! Tarixə nəzər saldıqda aydın görmək olur ki, yeniliklər heç vaxt birmənalı qarşılanmayıb. Məsələn, İngiltərədə zamanında yeni dəzgahlara qarşı ciddi dirəniş hərəkatı var idi. Hökumət məcbur olub dəzgahları qəsdən sıradan çıxaranlara qarşı cəzanı nəzərdə tutan qanun qəbul etmişdi.

İnsan, yoxsa texnika?

Bu sual ətrafında düşünməyə və işləməyə ilk dəfə Alan Turinq başlayıb. İkinci Dünya Müharibəsi zamanı o, xüsusi komissiyaya cəlb edilib və əsas məqsəd Almanların şifrəli danışıqlarını açacaq texnologiyanı yaratmaq olub. Bu vəzifənin öhdəsindən uğurla gəliblər. Bundan sonra Turinq araşdırmalarını dərinləşdirir. “Turinq testi” onun adı ilə bağlıdır və insanla kompüterin rəqabətini ölçür. Maraqlı olsa, Daron Acemoğlunun Power and Progress əsərini oxumağı tövsiyə edirəm.

Tarixdə bir çox elmi yeniliklərə qarşı ciddi müqavimətin səbəbləri bunlar olub:

1. Kilsənin formalaşmış xəttinə zidd olması;

2. İnsanları istehsaldan çıxarması.

Aİ həmişə düz ola bilərmi?

Əlbəttə, yox. Çünki o, insanın yazdıqları əsasında formalaşır. Biz eyni mövzuda yüzlərlə səhv məlumatı Aİ-yə yükləsək, aydındır ki, o da bizi səhv yönəldəcək. Yanılmamaq üçün biz Aİ-ni zənginləşdirməyin yolunu tapmalıyıq və onun əsasında işləməliyik. Yoxsa Aİ-yə qarşı səlib yürüşünə başlamaq bizə fayda verməz.

Aqil  Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada