Sumqayıt zavodunda partlayış – fəhlə xəsarət aldı

Sumqayıt zavodunda partlayış – fəhlə xəsarət aldı
09 Yan 2026 09:15

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

News365.az-ım məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada