Avropa İttifaqı razılığa gələ bilmədi

Avropa İttifaqı razılığa gələ bilmədi
20:40

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyib.

News365.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, birlik Rusiyaya qarşı nəzərdə tutulan son sanksiyalar paketi ilə bağlı razılıq əldə etməyib.

Onun sözlərinə görə, məsələ üzərində müzakirələr davam edir və üzv ölkələr arasında yekdil mövqe formalaşmayıb.

Qeyd edək ki, Avropa İttifaqı Ukraynadakı müharibə fonunda Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul edib, lakin yeni məhdudiyyətlərlə bağlı danışıqlar hələ də davam edir.



Sizin reklam burada
Sizin reklam burada