Bakı şəhəri, Nizami rayonunda yanğın hadisəsi baş verib.
News365.az xəbər verir ki, yanğın Elşən Süleymanov küçəsi, 137a ünvanında fəaliyyət göstərən gül satışı mağzasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən mağazada partlayışla müşahidə edilən yanğın hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.