Goranboy rayonunda körpə peyvənd vurulduqdan sonra ölüb.
News365.az-ın məlumatına görə, rayonun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü körpəyə kənd ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
Bundan sonra körpə iynənin təsirindən şoka düşərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.