Lənkəranda ağır ailə faciəsi baş verib. 70 yaşlı kişi həm həyat yoldaşını, həm də özünü güllələyib.
News365.az Xəzər TV-yə istinadən xəbər verir ki Kənd sakini Sərhad Məmmədovun həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirməsinin səbəbi bilinmir.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Cinayətdə istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə tibbi ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.