İnsan hüquqları qlobal miqyasda genişmiqyaslı hücum altındadır

İnsan hüquqları qlobal miqyasda genişmiqyaslı hücum altındadır
21:20

BMT rəsmiləri dünyada insan hüquqlarının ciddi təzyiq və hücumlarla üzləşdiyini bəyan ediblər.

News365.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş və İnsan Hüquqları üzrə Ali Komissar Volker Türk bildiriblər ki, insan hüquqları “hücum altındadır”. 

Onlar xüsusilə Sudan, Qəzza və Ukraynadakı vəziyyətə diqqət çəkiblər.

Rəsmilər davam edən silahlı münaqişələr, humanitar böhranlar və beynəlxalq hüququn pozulması hallarının qlobal miqyasda narahatedici səviyyəyə çatdığını vurğulayıblar.



Sizin reklam burada
Sizin reklam burada