Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində hüquqşünas, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov inzibati məsuliyyətə cəlb olunub.
News365.az xəbər verir ki, onunla bağlı Baş Prokurorluğun təqdimatına bu gün Yasamal rayon məhkəməsində baxılıb.
Məhkəmə Müşfiq Abbasovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə inzibati xəta törətmiş hesab olunur.