Şəkidə yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Şəkidə yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
22:00

Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Belə ki, Tural İsmayılova məxsus 3 otaqlı mənzildə yanğın çıxıb.

Əraziyə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.

Hadisə nəticəsində mənzilin otaqlarından birinin yanar konstruksiyaları zədələnib. Tüstülənmə səbəbindən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada