Britaniya Akademiyası Film Mükafatları (BAFTA) festivalını yayımlayan BBC yol verilən xətaya görə hərkəsdən üzr istəyib. Buna səbəb festival zamanı auditoriyadan səslənən xoşagəlməz ifadəni xeyli vaxtları olsa da çəkiliş heyətinin senzura tətbiq etmədən efirə verməyi olub.
News365.az
xəbər verir ki,
ötən gecə keçirilən BAFTA fevtivalında xoşagəlməz hadisə baş verib. Səhnədə iki
qara dərili aktyor çıxış edərkən tamaşaçı qismində çıxış edən Con Davidson qara
dərili insanlara qarşı təhqir hesab edilən N ilə başlayan sözü çığırıb. Onun səsi
efirə düşüb. Bununla da bütün izləyicilər bu sözü eşidib. Hadisə böyük əks-səda
doğurub.
Daha sonra
verilən açıqlamada Con Davidsonun kimliyi açıqlanıb. Qeyd edilib ki, o, Turet
sindromundan əziyyət çəkən xəstədir. Bu sindrommu olan insanlar qeyri-ixtiyari
hərəkətlər edir və işlətmək istəmədiyi xoşagəlməz ifadələri özlərindən aslı
olmayaraq işlədirlər. Bu tutma zamanı bədənləri və dillərinə olan idarə etməni
itirirlər. Açıqlamadan sonra yaranan narazılıq nisbətən sakitləşib.
Əlavə edək ki, 2025-ci ildə çəkilmiş “And İçirəm” filmi Con Davidsonun həyat
hekəyəsindən bəhs edir. Filmdə qəhramının çatışmazlığına görə üzləşdiyi çətinliklər
ön plana çıxarılıb. Film ən yaxşı baş rol ifaçısı nominasiyası üzrə “BAFTA”-nın
əsas mükafatını qazanıb.