ABŞ-a məxsus təyyarələr Təl-Əvivdə görünüb

ABŞ-a məxsus təyyarələr Təl-Əvivdə görünüb
21:00

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 tipli yanacaqdaşıyan təyyarələrin İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanında müşahidə edildiyi bildirilir.

News365.az xəbər verir ki, təyyarələr əsasən havada digər hərbi təyyarələrin yanacaqla təmin edilməsi üçün istifadə olunur.

Bildirilib ki, ABŞ-ın xaricdəki əməliyyat imkanlarının mühüm elementlərindən hesab edilir.

Məlumata görə, rəsmi qurumlar tərəfindən yerləşdirmənin məqsədi ilə bağlı hələlik açıqlama verilməyib.



Sizin reklam burada
Sizin reklam burada