Çad hökuməti Sudandakı vətəndaş müharibəsi ilə əlaqəli toqquşmalar nəticəsində beş çadlı əsgərin həlak olmasından sonra ölkənin şərq sərhədini bağlayıb.
News365.az xəbər verir ki, sərhədin bağlanması təhlükəsizlik məqsədi daşıyır və bölgədə vəziyyətin gərginləşməsi ilə bağlıdır.
Qeyd edək ki, Sudanda davam edən silahlı qarşıdurmalar sərhədyanı ərazilərdə sabitliyə ciddi təsir göstərir və region ölkələri üçün əlavə təhlükəsizlik riskləri yaradır.