Dünya miqyasında geniş maliyyə xidmətləri göstərən ən böyük İsveçrə maliyyə holdinq şirkəti UBS Group AG Avropada orta təbəqənin illik gəlirini açıqlayıb.
News365.az xəbər
verir ki, siyahıya İsveçrə başçılıq edir. Bu ölkədə orta təbəqənin illik gəliri
634-min 584 avrodur. İkinci və üçün yerləri isə Luksemburq və Danimarka
paylaşır. Müvafiq olaraq bu ölkələrin orta təbəqəyə məxsus insanlarının illik
qazancları 523.591 və 444.898 avrodur.
Açıqlanan siyahının sonuncu yerində Türkiyə qərarlaşıb. Qardaş ölkənin vətəndaşları
il ərzində 29 min 923 avroluq gəlirlə avropada ən az qazananlar olublar. Bir pillə yuxarıda
olan Rumıniya vətəndaşlarının illik qazancı 44 min avrodan çoxdur.
