Slovakiyanın Baş naziri Robert Fico Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünün bu gündən etibarən dayandırıldığını açıqlayıb.
News365.az xəbər verir ki, Baş nazir bu addımı Rusiyanın “Druzhba” boru kəməri vasitəsilə neft tranzitinin dayandırılması fonunda “ilk qarşılıqlı addım” kimi qiymətləndirib.
Ficonun sözlərinə görə, Slovakiya öz enerji və iqtisadi maraqlarını qorumaq üçün adekvat tədbirlər görməyə davam edəcək.
Qeyd edək ki, Drujba boru kəməri Rusiyadan Mərkəzi Avropaya neft nəql edən əsas marşrutlardan biridir və tranzitlə bağlı qərarlar region ölkələrinə birbaşa təsir göstərir.