Sülhməramlıların Qarabağdan tam çıxacağı TARİX

Sülhməramlıların Qarabağdan tam çıxacağı  TARİX
26 Apr 2024 21:30

Rusiyanın sülhməramlı kontingentinin demək olar ki, hamısı artıq Qarabağı tərk edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib.

Məlumata görə, yerdə qalanlar sülhməramlılar mayın sonuna kimi yola düşməlidir.

Bildirilir ki, rusların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyor (BTR82A) və 380 texnika artıq Azərbaycan ərazisini tərk edib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.


Youtube kanalımız

Oxşar xəbərlər