Ermənistanda içərisi qan və silahla dolu avtomobil aşkarlanıb

Ermənistanda içərisi qan və silahla dolu avtomobil aşkarlanıb
07 May 2024 11:30

Ermənistanda müəmmalı və dəhşətli cinayət hadisəsi baş verib. "Shamshiyan" kriminal xəbər saytının yaydığı məlumata görə mayın 6-da gecə saat 00:30 radələrində Daxili İşlər Nazirliyinin Erebuni polis şöbəsinə “Sarı Taq” ərazisində “Opel” markalı avtomobilin salonunda silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

Əraziyə cəlb edilən polis qüvvələri avtomobildə xeyli sayda qan izləri, qabaq sərnişin oturacağında isə qan izləri olan tapança və digər silahlar aşkar edib.  Saytın məlumatına görə, polis 50 yaşlı İrəvan sakini Samvel M.-nin hadisə yerindən Erebuni Tibb Mərkəzinə aparıldığını müəyyən edib. İddia olunur ki, kriminal qruplaşmalar arasındə atışma olub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər