“Ermənistan ərazi baxımından heçnə itirməyib“- Orxan Amaşov

“Ermənistan ərazi baxımından heçnə itirməyib“-  Orxan Amaşov
07 May 2024 11:05

"Ermənistan üçün heç bir proseslər itki ilə nəticələnməyib"

Politoloq Orxan Amaşov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanla Azərbaycan arasında müsbət dinamika yaranıbdır. Bu dinamika çərçivəsində şərti sərhədlərimizi delimitasiya edirik, demarkasiya prosesi baş verir. Şərti sərhədlər artıq rəsmi dövlət sərhədlərinə çevriliş, 10 klometrlik hissədə müəyyən bir proqres müşahidə olunubdur. Ermənistandakı qüvvələrin, kilsə və onun ətrafındakı olan qüvvələrin bundan narahat olması məsələsinə gəldikdə Ermənistan üçün heç bir proseslər itki ilə nəticələnməyib. Ermənistan üçün itki deyəndə sözsüz ki, onlan İkinci Qarabağ müharibəsini özləri üçün itki hesab edirlər. Amma indiyənə qədər proseslərin coğrafi arealına baxsaq, biz Qarabağda suverenliyimizi bərpa etmişik, Qarabağ Azərbaycandır. Bu beynəlxalq hüquqla bizim tanınmış ərazimizdir. Ermənistan ərazi baxımından heçnə itirməyib. 4 kəndin bizə qaytarılması ilə bağlı qərar qəbul olunub. O kəndlər də  bizim suveren ərazimizdir"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər