Qarabağda cinayətlər törətmiş keşiş revanşistlərə qoşuldu -FOTO+VİDEO

Qarabağda cinayətlər törətmiş keşiş revanşistlərə qoşuldu  -FOTO+VİDEO
07 May 2024 09:40

Qarabağ işğalda saxlanılarkən Kəlbəcər rayonunun qanunsuz "keşişi" olmuş, həm Birinci Qarabağ savaşında, həm də oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak etmiş separatçı-terrorçu Ter-Hovanes Hovanisyan yenidən aktivləşib. Əlində avtomat silahəyla kameraya poz verməsi ilə tanınan yalançı "din xadimi" bu dəfə Ermənistanda revanşistlərə öz dəstəyini nümayiş etidirir. 

Ermənistan mediasının yaydığı məlumata görə, yepiskop Baqrat Srbazanın İrəvan və delimitasiya əleyihinə başçılıq etdiyi yürüşəHovanisyan da öz tərəfarları ilə qoşulib. O, sərsəmləyərək “Son məqsəd həm də "Artsax" (Separatçıların Qarabağa verdikləri qondarma ad-red.) üçün ədalət və qələbədir” deyib.

Xatırladaq ki, Hovanisyan 27 illik işğal dövründə ermənilərin “Dadivank” adlandırıdıqları qədim xristian türklərə məxsus Xudavəng məbədində də az cinayətlər törətməyib.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Youtube kanalımız
Qarabağda cinayətlər törətmiş keşiş revanşistlərə qoşuldu  -FOTO+VİDEO

Oxşar xəbərlər