Gülyanaqdan qızı ilə bağlı PAYLAŞIM - VİDEO

Gülyanaqdan qızı ilə bağlı  PAYLAŞIM - VİDEO
07 May 2024 12:05

Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova qızı Səidə ilə bağlı paylaşım edib.

News365.az bizim.media-ya istinadən bildirir ki, övladı ilə çəkilən şəkilləri video formatında hazırlayıb sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən sənətçi onu doğum günü münasibətilə təbrik edib.

"Həyatıma anlam qatan qızım, yeni yaşın sənə hər zaman xoşbəxtlik bəxş etsin. Ümid edirəm, hər şeydə uğur qazanacaqsan. Yaşından aslı olmayaraq sən mənim göz bəbəyimsən. Ad günün mübarək", - deyə Gülyanaq vurğulayıb.

Qeyd edək ki, Ziya bəylə evli olan G.Məmmədovanın bu nikahından dörd övladı var.


Youtube kanalımız

Oxşar xəbərlər