“5 şagird Azərbaycanı beynəlxalq iqtisadiyyat müsabiqəsində təmsil edəcək“- Vüqar Bayramov

“5 şagird Azərbaycanı beynəlxalq iqtisadiyyat müsabiqəsində təmsil edəcək“-  Vüqar Bayramov
07 May 2024 11:47

"Iqtisadiyyat Müsabiqəsinin Regional turunun qalibləri müəyyən olundu. Bu turun Azərbaycan və rus dillərində imtahan verən qalibləri top 10 siyahısına öz adlarını yazdırmaq üçün 11 may tarixində Bakıda növbəti milli turda yazılı imtahan verərək yarışacaqlar"

Bununla bağlı Millət Vəkili Vüqar Bayramov paylaşım edib.

News365.az xəbər verir ki, top 10 siyahısına öz adını yazdırmağı bacaran şagirdlər elektron hədiyyələr ilə təltif olunacaqlar. İngilis dilində imtahan verən şagirdlər isə Yunanıstanın Afina şəhərində keçiriləcək beynəlxalq turda iştirak etmək üçün 11 mayda yazılı imtahan və 14 mayda olacaq intervyu mərhələlərində iştirak etməlidirlər. Yazılı və intervyu mərhələlərini uğurla keçən 5 şagird bu ilin sentyabrında Yunanıstanda təşkil ediləcək beynəlxalq turda iştirak etmək üçün seçiləcək.

Qalibləri təbrik edirik. Siyahı qarışıq verilmişdir.

Möhəbbət Xəlilov - Bakı, Bakı Britanya Məktəbi

Esma Babayeva - Bakı, Bakı Britanya Məktəbi

Əli Məmmədov - Bakı, Bakı Britanya Məktəbi

Səid Kazımlı - Bakı, Bakı Modern Məktəbi

Maqsud Süleymanov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

Cavid Abbasbəyli - Bakı, Bakı Britanya Məktəbi

Gülər Ənsərli - Şəki-Zaqatala, Oğuz şəhər Nail İbrahimli adına 3№-li məktəb-lisey

İsfəndiyar Xəlilzadə - Bakı, Sabunçu rayon 310 nömrəli tam orta məktəb

Mehdi Quliyev - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

Cəmilə Rəhimzadə - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

Nəzrin Süleymanova - Bakı, 160 nömrəli Klassik Gimnaziya

Anar Həsənov - Gəncə-Daşkəsən, Gəncə şəhər 32 nömrəli tam orta məktəb

Əli Zülfüqarov - Bakı, Rixard Zorge adına 90 nömrəli tam orta məktəb

İslam Əfəndiyev - Bakı, 72 nömrəli məktəb-lisey

Aysel Babayeva - Dağlıq Şirvan, Şamaxı rayon Ak. H. Hüseynov adına Çarhan kənd tam orta məktəbi

Zəhra Mehralızadə - Şirvan-Salyan, Şirvan şəhər E.B.Imanov adına 10 nömrəli tam orta məktəb

Rüfət Niftəliyev - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

Nihad Həsənli - Bakı, Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb

Əli Zeynallı - Bakı, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb

Ayla Kərimova - Naxçıvan, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəb

Zakir Rzayev - Quba-Xaçmaz, Qusar rayonu professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbi

Rafiq Əhmədov - Şəki-Zaqatala, Şəki şəhər 18 saylı tam orta məktəb

Sehri Kazımova - Şəki-Zaqatala, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb

Şəbnəm Osmanova - Şəki-Zaqatala, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəb

Həsən Əlizadə - Abşeron-Xızı, Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı tam orta məktəb

Səid Dünyamalızadə - Bakı, 27 nömrəli tam orta məktəb

Mirzə Seyidov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

İsrafil Məmmədov - Bakı, 132-134 nömrəli Təhsil Kompleksi

Günel Qasımova - Dağlıq Şirvan, İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-lisey

Nuray Mərdanova - Gəncə-Daşkəsən, Gəncə şəhər 32 nömrəli tam orta məktəb

Nurgül Qasımova - Şəki-Zaqatala, Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbi

Günəş Şabanova - Şəki-Zaqatala, Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbi

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər