Antonov: “Nüvə təlimlərimiz Qərbə cavabımızdır“

Antonov:  “Nüvə təlimlərimiz  Qərbə cavabımızdır“
07 May 2024 12:55

Rusiyanın qarşıdan gələn nüvə təlimləri kollektiv Qərbin ritorikasına cavab olan məcburi tədbirdir.  Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın təlimlərə reaksiyasını şərh edərkən deyib.

Diplomat vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin elan etdiyi manevrlər təsadüfən yaranmayıb.  Diplomatik missiyanın Telegram kanalında dərc olunan açıqlamada qeyd edilir ki, bu, kollektiv Qərbin Rusiya və onun vətəndaşları üçün qəbuledilməz təhlükəsizlik təhdidləri yaradan təkəbbürlü və təcavüzkar siyasətinə cavab tədbiri olacaq.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər