Maskdan yadplanetlilərlə bağlı maraqlı açıqlama

Maskdan yadplanetlilərlə bağlı maraqlı açıqlama
07 May 2024 09:05

Məşhur biznesmen Elon Musk diqqət çəkən fikirlər səsləndirib. O, bəşəriyyətin çoxdan mövcud olmuş yadplanetli sivilizasiyaların geridə qoyduqları izləri tapa biləcəyini istisna etməyib.

Mask Los-Ancelesdəki Maykl Milken İnstitutunda keçirilən konfransda yadplanetlilərin Yer kürəsinə səfər etməsini isə real saymayıb.

Belə ki, cəmiyyətdə vaxtaşırı eşidilən “yadplanetlilər aramızdadır” ifadələrinə münasibət bildirən iş adamı, şəxsən özünün yadplanetlilərin varlığına dair dəlil görmədiyini söylətib.  

“Nədənsə aramızda yadplanetlilərin olduğunu deyənlərin çoxu Aya getmədiyimizə inanır”, - deyə o qeyd edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər