Stalinin kamera yoldaşı, SSRİ-nin baş prokuroru olmuş Vişinski kimdir? - ARAŞDIRMA

Stalinin kamera yoldaşı, SSRİ-nin baş prokuroru olmuş Vişinski kimdir? -  ARAŞDIRMA
06 May 2024 16:25

"Bakı sosializm inqilabının baş tutmasında əsas rol oynayıb. Bakı 2-ci dünya müharibəsinin qələbə təminatında əsas rol oynayıb.Oxuduğum yazılara əsasən əminliklə deyirəm ki, Bakını talayıblar ki, inqilaba maliyyə vəsaiti əldə etsinlər. Neftxudalarımızı girov götürüblər, qorxudublar. Azərbaycan o qədər əldən-ələ keçib ki. O qədər əfəl yerinə qoyublar ki, ermənilər də vətən elan etməyə çalışıb. Harda avara, harda qatil varsa, varlanmağa, xeyallarını çin etməyə Bakıya gəlib".

News365.az xəbər verir ki, bunu yazıçı publisist Azər Qismət deyib. O neçə vaxtıdr ki, bir şəxsi araşdırırmış:

"Bu repressiya illərində yüz minlərlə adamın ölüm fərmanına  imza atmış bir şəxsdir. Yejov tutdurub, sonda bu da baş prokuror kimi qol çəkib. O da ilk siyasi fəaliyyətini Bakıda başlayıb.

Andrey Vışınski Odessada doğulub. 5 yaşında ikən Bakıya köçüblər. Atası Yanuarın apteki bağlanıb. Bakıya gələrək 2-ci Aleksandr (indiki "Neftçilər" prospekti) küçəsində aptek açıb. Hə də, varlanmağa hara gedərlər? Bakıya. Qısa müddətdə xeyli qazanc əldə ediblər. Andrey gimnaziyada oxuyub. Və menşeviklərə qoşulub. Bolşeviklərə nifrət edib. Gələcəkdə Stalin adlanacaq Koba ləqəbli gənc Bakıda bankı qarət edib, tezliklə həbs edilib. Andrey Vışinski isə menşevik fəaliyyətinə görə saxlanılıb. İkisi də Bayılda eyni kameraya düşüblər. Tez-tez aralarında siyasi mübahisələr olub, Vışinski evdən gətirilən nemətə onu da qonaq edərmiş.

Neçə il keçir, sosialist inqilabı baş tutur. Andrey Vışinski Kiyevdə təhsil alır, yenidən Bakıya qayıdır, bir müddət işsiz də qalır. Bolşeviklərə qoşulur. Moskvaya gedib Stalini tapır. Stalin onu dinləyir, iş verir. İllər sonra onu SSRİ baş prokuroru vəzifəsinə, SSRİ-nin BMT-dəki daimi nümayəndəsi postuna qədər yüksəldir.

Bunları yazmaqda əsas incə məqamı vurğulamaq istəyirəm. Necə ola bilər ki, Stalin keçmişi dumanlı olan, əks inqilabi fəaliyyəti ilə seçilən şəxsə etibar edib, ən yüksək postlardan birinə yerləşdirib? Yaxud Anastas Mikoyanı götürək. Necə ola bilər ki, 26 Bakı komissarının siyahısında olan bu şəxs xilas edilir? Yəni, onun ingilis kəşfiyyatı ilə əməkdaşlığa razılaşdığı gün kimi aydın idi. Vışinski müvəqqəti hökumətin emissarı, bolşevikləri polisə təhvil verən, Mikoyan ingilis casusu. Məntiqlə, bunlara vəzifə vermək, etimad göstərmək olmazdı. Vışinskini ona görə bağışlayıb ki, kamerada ev xörəklərinə qonaq edib? Stalin süd qardaşlığını öldürtdürən adam olub, belə səmiyyətə baxan deyil. Bəlkə özü də xarici kəşfiyyata işləyib? Məncə, nüans başqadır. Stalin məhz onların dumanlı keçmişini bildiyinə görə yüksək postlara təyin etdirib ki, cızıqlarından çıxmayıb qorxu altında sədaqətli olsunlar. Klassik iş sistemi.

Bakını çox gəzib dolanın. Onun hər küncündən dünyanı silkələyən siyası hadisələrin hayqırtısı eşidilir"

.İlhamə Qiyas, News365.az  


Youtube kanalımız

Oxşar xəbərlər