Rusiya amerikalı hərbçini niyə saxlayıb?

Rusiya amerikalı hərbçini niyə saxlayıb?
07 May 2024 12:00

Dünən Rusiyanın Vladivostok bölgəsində amerikal hərbçi saxlanılıb. Məsələyə reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi hərbçinin saxlanmasının casusluq və ya siyasətlə əlaqəsi olmadığını deyib.

“Bizim anladığımız qədəri ilə bu, sırf məişət zəminində baş vermiş cinayətidir” deyən rəsmi əlavə edib ki, bu səbəbdən Xarici İşlər Nazirliyi Amerika vətəndaşının taleyini yaxından izləmir.

Xatırladaq ki, Rusiyada ABŞ-dən olan hərbçinin saxlanılması  barədə xəbər ilk olaraq mayın 6-da axşam saatlarında yayılıb.  NBC News-un məlumatına görə, baş serjant Qordon Blek Koreya Respublikasında xidmət edib. O, xidməti başa vurduqdan sonra romantik münasibətdə olduğu iddia edilən qadını ziyarət etmək üçün Rusiyaya gedibmiş.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər