Avtobus dronla vuruldu: 6 ölü, 42 yaralı - VİDEO

Avtobus dronla vuruldu: 6 ölü, 42 yaralı  - VİDEO
06 May 2024 16:12

Ukraynaya məxsus pilotsuz təyyarə Belqorod vilayətinin Berezovka kəndində mikroavtobuslardan birini vurub. Hadisə anı avtomobillərdən birinin videoregistratoruna düşüb. Görüntüləri yerli “Blatqorod” nəşri yayıb.

Görüntülər hücuma məruz qalan avtobusdan nisbətən uzaq məsafədə olan avtomobildən çəkilib. Sürücü qarşısında dronun hərəkət etdiyini görüb, sərnişin isə panikaya düşüb.

Qeyd edilir ki, hadisə mayın 6-da səhər saatlarında baş verib. “Aqro-Beloqorye” müəssisəsinin işçilərini işə aparan “Qazel”lərə və minik avtomobilinə hücum Ukrayna hərbçiləri tərəfindən həyata keçirilib. Ümumilikdə altı nəfər ölüb.  3-ü uşaq olmaqla 42 nəfər xəsarət alıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər