“Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması gündəmə gələcək“- Politoloq

“Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması gündəmə gələcək“-  Politoloq
07 May 2024 10:50

"Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsi gündəmə gələcək"

Politoloq Asif Nərimanlı bunu News365.az-a açıqlamasında deyib.

"Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsi gündəmə gələcək, çünki bununla bağlı müəyyən qərarlar var, ancaq addım atılmayıb. Qarşıdakı dövrdə xüsusilə avqust ayında bu istiqamətdə addım atılması gözlənilir. Bu proses başlandığı müddətdə Rusiya Ermənistana qarşı dha sərt siyasət yürüdəcək. Hesab edirəm ki, bu siyasət Ermənistanın daxili siyasətində qarşıdurmanın yaradılması ilə yanaşı Rusiyanın atacağı addım iqtisadi müstəvilə bağlıdır. Çünki Rusiyanın hazırda Ermənistana təsir istiqaməti  əsasən iqtisadi müstəvidə qalıb. Bu daha az effekt verir"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər