Xaçmazda 15 yaşlı qız nişanlanıb?

Xaçmazda 15 yaşlı qız nişanlanıb?
07 May 2024 10:07

Sosial şəbəkələrdə  15 yaşlı qızın 37 yaşlı kişiyə ərə verildiyi ilə bağlı məlumatlar yayılıb. Azyaşlı  qızın zorla ərə verildiyi bildirilir. Məsələ ilə bağlı həm qız evi həm də oğlan evi açıqlma verib.

Yetkinlik yaşına çatmayan ərə verildiyi iddia edilən qızın doğmaları iddiaların yalan olduğunu bildirib.Cumayə Məlikova bildirib ki, deyilənlərin heç birində həqiqət yoxdur. 

“17 yaşı var qızın,stık.polis özü görüb.Pasportu istədilər,metirkanı istədilər,qıza baxdılar.Deyiblər ki,qızı nişanlayıb aparıblar.Qız evdı.öz gözləri ilə gördülər dünən burda olublar.stık.Bir aydan sonra iyunun 20-si 18 yaşı olacaq mənim uşağımı.Hələ bir qalacaqdı.18 yaşı olandan sonra toyu olacaqdı”. 

Oğlanın anası isə baş verənlərdə onların heç bir günahının olmadığını, yayılan informasiyaların yalan olduğunu bildirib. Reyhan Tağıyevanın sözlərinə görə qızın yaşı da kifayət qədərdir. 

“Gəlin 18 yaşın içindədir. Yalandan şəbəkələrdə yazırlar ki, 15 yaşı var. Nə bilim pula görə verib. Pulum var mənim? Dul qadınam mən”. 

Hazıra Xaçmaz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hər iki tərəf polisə dəvət edilib. DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov isə deyilənlərə belə aydınlıq gətirib. 

“Araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü qız, rayonun Qaraqurtlu kənd sakini ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar. Faktla bağlı hazırda Xaçmaz rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır”. 

Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də dərhal nəzarətə götürülüb. Xaçmaz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi məktubla müraciət edilib, işçi qaydada danışıqlar aparılıb.

Vəfa Vəliyeva NEWS 365.AZ


Youtube kanalımız

Oxşar xəbərlər