Dövlət Baxçalı Əhməd Cavad Medalı ilə təltif edildi

Dövlət Baxçalı Əhməd Cavad Medalı ilə təltif edildi
05 May 2024 08:54

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib.

 Dövlət Baxçalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, o cümlədən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın övladları ilə görüşüb.

Məşhur “Çırpınırdı Qara dəniz” mahnısının müəllifinin anadan olmasının 132-ci ildönümü ilə əlaqədar Türkiyə siyasətçisi Dövlət Baxçalı Türk dünyasının yaxınlaşmasındakı xidmətlərinə görə Əhməd Cavad Şərəf Medalı ilə təltif olunub.


Youtube kanalımız

Oxşar xəbərlər