STM Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirib

STM Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirib
19:40

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirib.

Bu barədə News365.az-a Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Bildirilib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olsa da, bu istiqamətdə bir sıra problemlər hələ də aktualdır.

Mövzu ilə bağlı keçirilən sorğular bir sıra mühüm məqamları üzə çıxarıb:

- Zorakılığın bir sıra növləri zorakılıq kimi anlaşılmır. Respondentlər 16 bənddən ibarət müxtəlif zorakılıq növlərindən yalnız “döymək” məsələsinə birmənalı münasibət (88,8%) bildiriblər. Psixoloji və iqtisadi zorakılığı zorakılıq kimi qavrayanlar azlıq təşkil edir. Məsələn, hər dörd nəfərdən biri ailədə təhqir və hədə-qorxunu zorakılıq hesab etmir;

- Zorakılığa münasibətdə kəskin gender fərqləri mövcuddur. Boşanmış şəxslər arasında keçirilmiş sorğuda iştirak etmiş hər üç qadından biri zorakılığı boşanmaya səbəb olan amil kimi qeyd edib. Boşanmış kişilərin isə heç biri zorakılıq səbəbini göstərməyib. Kişilərin 30,2%-i zorakılığı qaçılmaz hesab edib, 32,4%-i isə zorakılığa haqq qazandırdıqlarını etiraf ediblər;

- Məişət zorakılığı ilə mübarizəni çətinləşdirən digər amil qurbanı günahlandırma tendensiyasıdır. “O nə edib ki, zorakılığa məruz qalıb?” ən çox səslənən sualdır. “Victim-blaming” kimi tanınan qurbanı günahlandırma fenomeni ümumilikdə cəmiyyət üçün səciyyəvidir;

- Ali təhsilli insanlar zorakılığa münasibətdə daha dözümsüzdürlər, qurbanı günahlandırma halına onlar arasında daha az rast gəlinir. Lakin ali təhsillilər cəmiyyətin strukturunda azlıq təşkil edən qrupdur;- Əksər televiziya kanallarında yayımlanan filmlərdə ailədaxili aqressiv, kobud kommunikasiyanın yayımlanması zorakılığa yol açan münasibət formalarının ictimai şüurda normallaşmasına gətirib çıxarır."Bir tərəfdən toksik maskulinlik, digər tərəfdən isterik, emosional qeyri-sabit femininlik nümunələrinin media məzmununa həddən artıq yüklənməsi cəmiyyətin ümumi mədəni səviyyəsinə mənfi təsir göstərir", - deyə məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada