Solovyovu pizza ilə zəhərləmək istəyiblər?

Solovyovu pizza ilə zəhərləmək istəyiblər?
16:30

Rusiyalı telejurnalist Vladimir Solovyova qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxslərin məhkəməsi keçirilir. 

News365.az TASS-a istinadən xəbər verir ki, məhkəmə iclası zamanı iş üzrə təqsirləndirilən şəxslərdən olan Andrey Pronskinin evində qeydə alınan səs yazısı səsləndirilib.

Məlum olub ki, Solovyovu ilk olaraq zəhərli maddə qatılmış pizza vasitəsilə öldürməyə çalışıblar. Belə ki, səs yazısında jurnalistin “Yandex yeda” ilə verdiyi sifarişin izlənilməsi, sifarişin ələ keçirilərək ona zəhər qatılması planlaşdırıldığı bildirilib. 

Növbəti variant kimi, jurnalistin avtomobilinin sükanına və salonuna zəhərli maddələr sürtmək təklif olunub. Sonda etibarlı olmadığı üçün zəhərləmə ideyasından imtina etmək qərara alınıb. 

Qeyd olunub ki, təqsirləndirilən şəxslər teleaparıcının avtomobilini partlayıcı qurğu vasitəsilə partlatmaq variantını da nəzərdən keçiriblər.

Pronski məhkəmədə dindirmə zamanı bu səs yazısının montaj olduğunu bildirib. 

Ümumilikdə iş üzrə 7 nəfər ittiham edilir, daha 1 nəfər isə anlaqsız hesab edilərək məcburi müalicəyə göndərilib.

Xatırladaq ki, bu ilin sentyabrında V.Solovyova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılmışdı.


Sizin reklam burada
Sizin reklam burada