Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO

Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO
10:53

Müdafiə Nazirliyinin (MN) Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib. 

News365.az xəbər verir ki, bununla bağlı MN məlumat yayıb.

Bildirilib ki, təngnəfəslik və döş qəfəsində ağrı şikayətləri ilə hospitala müraciət edən hərbi qulluqçunun müayinələri zamanı aortal qapağın ciddi çatışmazlığı, eləcə də aort kökü və qalxan aortanın genişlənməsi ilə müşayiət olunan anevrizma aşkarlanıb.

Xəstəyə Bentall əməliyyatı icra olunub. Əməliyyat zamanı aortal qapaq protezləşdirilib, aort kökü və qalxan aorta protez damar ilə əvəzlənib, tac arteriyalar yeni protez damara birləşdirilib.

Hazırda hərbi qulluqçunun vəziyyəti qənaətbəxşdir.

O, özünü yaxşı hiss edir və həkim nəzarəti altında bərpa prosesini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada