Silah anbarında partlayış: 5 ölü, 14 yaralı

Silah anbarında partlayış: 5 ölü, 14 yaralı
10:10

Suriyanın Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.Bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Partlayışa nəyin səbəb olduğu barədə dəqiq məlumat verilmir.

Ehtimallar arasında anbarda baş verən yanğın və ya İsrail ordusunun endirdiyi zərbələrin olması var.

Bildirilib ki, partlayış nəticəsində hərbi obyektin yaxınlığında yerləşən bir neçə binaya da ziyan dəyib.


Sizin reklam burada
Sizin reklam burada