Seul metrosunda yanğın törətmiş şəxs saxlanılıb

Seul metrosunda yanğın törətmiş şəxs saxlanılıb
31 May 2025 15:28

Seulda metro qatarında yanğın törətməkdə şübhəli bilinən 60 yaşlı şəxs polis tərəfindən saxlanılıb. 

News365.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkə rəsmilərinə istinadən bildirib. 

Qeyd edək ki, hadisə nəticəsində 400-dən çox sərnişin tunel vasitəsilə təxliyə edilib, 20-dən çox insan yanma məhsulları ilə zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. 

Yanğınsöndürmə işləri başa çatıb.


Sizin reklam burada
Sizin reklam burada