Türkiyənin Mardin şəhərinin Mazıdağı rayonunda yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Bu barədə "News365.az" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, Diyarbəkirdən Mardinə gələn pikap yük maşınının arxasına çırpılıb. Qəza nəticəsində 15 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, jandarm və xilasedicilər cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.