Göyçayda yeşik sexi yanır - YENİLƏNDİ

Göyçayda yeşik sexi yanır - YENİLƏNDİ
12 Okt 2025 23:40

Göyçay şəhəri ərazisində yerləşən yeşik istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə  FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Göyçayda güclü yanğın hadisəsi baş verib.


Hadisə rayon ərazisində yerləşən yeşik sexində qeydə alınıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər həyata keçirilir.



Sizin reklam burada
Sizin reklam burada