Şərur MTK-nın mənzillərini su basdı - VİDEO

Şərur MTK-nın mənzillərini su basdı - VİDEO
17 Apr 2025 21:15

Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar zamanı Şərur MTK-nın inşa etdiyi bəzi binaları da su basıb.


News365.az xəbər verir ki, bu barədə Milli.az məlumat yayıb.


Təqdim edilən videoda sakin bildirib ki, binanın dam örtüyünün düzgün qurulmaması nəticəsində yağış suyu onun mənzilinə dolub, elektrik xətlərinə və tavan hissəyə ziyan dəyib.


Sakinlərin sözlərinə görə, buna səbəb də tikinti səhvləri, düzgün quraşdırılma işlərinin aparılmamasıdır.


Sizin reklam burada
Sizin reklam burada