2024-cü ilin oktyabr ayında ailə başçısını itirməyə görə 188 600 nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə News365.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 135 100 nəfərdən çoxu pensiya, 53 500 nəfərdən çoxu isə müavinət alıb.