Şəki rayonunun Turan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, qəsəbə ərazisində Aslan Ağaverdiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə piyada, 71 yaşlı Silom Süleymanovu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.