Qarabağdan köçən 8315 erməniyə vətəndaşlıq verilib

Qarabağdan köçən 8315 erməniyə vətəndaşlıq verilib
15:06

Mayın 20-nə olan məlumata görə, Qarabağdan köçən 9451 nəfər Ermənistan Respublikasının vətəndaşlığı üçün müraciət edib. Onlardan 8315-i artıq Ermənistan Respublikası Prezidentinin fərmanı ilə vətəndaşlıq alıb. 

News365.az xəbər verir ki, bunu Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan mətbuat konfransında bildirib.  Nazir müavininin sözlərinə görə, vətəndaşlıq böyüklər üçün verilir və yetkinlik yaşına çatmayanlar vətəndaşlığı avtomatik olaraq - Ermənistan vətəndaşı olmuş valideynlərindən biri vasitəsilə ala bilərlər. 

Kazaryan həmçinin qeyd edib ki, son həftələr ərizələrin verilməsində aktivlik artıb:  “İlin əvvəlində gündə 20-yə yaxın müraciət daxil olurdusa, son vaxtlar bu rəqəm gündə 40-50-yə yüksəlir”.


Sizin reklam burada
Sizin reklam burada