Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında uğurlar arzulayır və belə bir sənədin işlənib hazırlanması və imzalanmasında bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır.
News365.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır, biz onlara bu işdə səmimi qəlbdən uğurlar arzulayırıq", - o qeyd edib.
“Aydındır ki, razılaşma Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub. Hər iki tərəf də bunda maraqlı olarsa, yardımı davam etdirməyə hazırıq”.