Qəbələ Regional İdarəsinə yeni rəhbər təyin olundu – Tərxan Tahirli vəzifəyə qayıtdı

Qəbələ Regional İdarəsinə yeni rəhbər təyin olundu – Tərxan Tahirli vəzifəyə qayıtdı
16:17

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsində rəhbər dəyişikliyi olub.   

News365.az xəbər verir ki, idarəyə rəhbərlik Tərxan Tahirliyə həvalə edilib. 

Qeyd edək ki, bir neçə il əvvəl də Tərxan Tahirli Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin müdiri kimi fəaliyyət göstərib.  Digər bir məlumata əsasən, Fariz Xəlilli öz ərizəsi ilə sözügedən vəzifədən ayrılıb. 

Hər iki faktı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada