Sabirabadda kriminal aləmi təbliğ edən şəxs saxlanıldı

Sabirabadda kriminal aləmi təbliğ edən şəxs saxlanıldı
03 Yan 2026 14:30

Sabirabad rayonunda kriminal aləmi təbliğ edən şəxs saxlanılıb.

News365.az xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Elman Əsədov (ad və soyad şərtidir) mütəmadi olaraq sosial şəbəkədə kriminal aləmin təbliği ilə bağlı paylaşımlar edib. Məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yolçubəyli kəndində ona yaxınlaşıb profilaktik söhbət aparmaq istəyiblər. E.Əsədov paylaşım etməkdə sərbəst olmasını bildirib və bu barədə polisə məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Polis əməkdaşları onu intizama dəvət etsə də, E.Əsədov hərəkətlərini davam etdirib.

E.Əsədov saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı inzibati protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə E.Əsədov 100 manat cərimə edilib.


Sizin reklam burada
Sizin reklam burada