Ukrayna ordusu Luqansk vilayətinin Nadiya yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Üçüncü əlahiddə hücum briqadası məlumat yayıb.
Qeyd edilib ki, yaşayış məntəqəsi briqada qüvvələri tərəfindən azad edilərkən, ilk növbədə 1-ci hücum batalyonu Nadiya üzərində nəzarəti bərpa edib. Düşməndən azad edilən ərazilərin ümumi sahəsi üç kvadrat kilometrdir.
Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski deyib ki, Nadiyanın alınmasına düşmən iki ay səy göstərmişdi: "İki mexanikləşdirilmiş alay - Rusiya Federasiyasının 752-ci və 254-cü 20-ci Ordu birləşməsi məhv edilib".
Bundan əlavə, briqadanın 30 saat davam edən əməliyyatından ilk görüntülər də nümayiş etdirilib. Videodan açkar görünür ki, Üçüncü Hücum Qüvvələrinin bölmələri zirehli texnikanın dəstəyi ilə Nadiya kəndinin azad edilməsi əməliyyatı keçirirlər. Bu əməliyyat nəticəsində Rusiyanın itkiləri dəqiqləşdirilir. Lakin kadrlardan görünür ki, hücum zamanı çoxlu rus döyüşçü həlak olub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural